"İndiki ağlım olsaydı, belə geyinməzdim. O gəlinliyimə baxıb yoldaşıma deyirəm ki, mən geyinmişdim, sən hara baxırdın?".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "SözBaz" verilişində deyib. Sənətçi toyunda geyindiyi gəlinlikdən danışıb. O bildirib ki, paltarının açıqlığından indi utanır:
"Yoldaşıma deyirəm qoymazdın da elə geyinim. Stilistlə çalışırdım. Gəlinliyimin də ideyasını o vermişdi. Əslində yuxarısı elə dekolitə, aşağısını isə paçka formasında nəzərdə tutmuşdu. Dedim, mən səhnəyə çıxmıram, ərə gedirəm. Olar mən düz-əməlli paltar geyinim?".