"Vahid Mustafayev icazə vermir mənə ANS-də ifa etdiyim mahnıları ifa etməyə. O deyir ki, bu mənim mahnılarımdır. Əks halda məni məhkəməyə verəcəyini də deyib".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı müğənni Mina telejurnalist İsa Şükürovun "Senzurasız Show News" layihəsində etiraf edib. Müğənni əlavə edib ki, V. Mustafayev ona qəti şəkildə xəbərdarlıq da edib:
"Mən o mahnıları çox bəyənirəm. Şıltaq mahnılardır. O mahnılar bəlkə də mənə problem yaradar. Ona görə də düşünürəm ki, Vahid müəllim düz deyir".
Qeyd edək ki, Mina bir müğənni kimi fəaliyyətini dayandırmış ANS TV-nin layihəsi olub. Mina müğənni kimi "İstəyirəm" mahnısı ilə ölkədə məşhurlaşıb.