Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.
SHOWNEWS.AZ xəbər verir ki, builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Əməkdar artist Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutaacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.
Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.