Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev Türkiyədə növbəti dəfə əməliyyat olunacaq.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O qeyd edib ki, 65 yaşlı sənətçi sabah üçüncü dəfə əməliyyata girəcək.
Xatırladaq ki, A. Ağayev apreldə Türkiyənin İstanbul şəhərində özəl klinikaların birinə yerləşdirilib. Xalq artisti bundan əvvəl iki dəfə əməliyyat olunub.