Alişanın xanımı xına gecəsində azərbaycanlı dizaynerə paltar sifariş edib FOTOLAR
Türkiyə mediasının diqqəti müğənni Alişanın xeyir işindədir. Müğənni aktrisa Buse Varol ilə ailə qurur.
SHOWNEWS.AZ xəbər verir ki, may ayının 4-ü Busenin xına gecəsi olub. Aktrisa xına gecəsində 3 fərqli libas geyinib. Gecədə ən diqqət çəkən paltar aktrisanın geyindiyi al qırmızı rəngli nişan paltarı olub.
SHOWNEWS.AZ-ın araşdırması zamanı məlum olub ki, türk mediasının xüsusi diqqət ayırdığı paltar azərbaycanlı dizaynerə aiddir və Bakıda “Naz Couture” moda evində özəl olaraq Buse Varol üçün hazırlanıb.