Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şeymanın sevgilisi milyarder yox, DƏLƏDUZDUR

Şeymanın sevgilisi milyarder yox, DƏLƏDUZDUR

Türkiyənin sosial media fenomeni Şeyma Subaşının evlənməyə hazırlaşdığı Məhəmməd Alsaloussi milyarder deyil.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Günaydın” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, onun Misirin ən zəngin səkkiz ailəsindən birinin üzvü olması barədə informasiya doğru deyil.

Qəzet məlumatı Misirdən olan mənbələri, eyni zamanda tanınmış jurnalist Amer Fouadla dəqiqləşdirib. Vurğulanıb ki, Alsaloussinin adı milyarder kimi Misir mətbuatında belə hallanmır. Fouad onun barəsində ərəb mediasında cəmi bir xəbərin yazıldığını, onun da Türkiyə KİV-dən tərcümə olunduğunu söyləyib.

 

“Ərəb KİV orqanlarının birində Şeyma Subaşı ilə Məhəmməd Alsaloussi barədə sadəcə bir xəbər dərc edilib və “Məşhur televiziya simasının keçmiş xanımı misirli gənclə evlənir”- başlığı verilib”, - deyə jurnalist əlavə edib.

 Qəzet iddia edir ki, o, milyarder yox, dələduzdur.

Həmçinin jurnalist Fouad 2017-ci ilə qədər “Misirin ən zəngin insanları” siyahısını araşdırdığını və Alsaloussinin adının sözügedən hesabatda olmadığını deyib:

“Misirdə bir şeyxin oğlu olduğu yazılmışdı, bu da səhvdir. Ərəblər kimi zəngin misirlilərə şeyx deyilmir. Atasının adını axtardım və heç bir məlumat yoxdur. Mən illərdir Misirdə yaşayan bir jurnalistəm, bu adam haqqında heç nə eşitməmişəm. Onun Amerikada yaşadığı deyilir, amma zəngin bir misirlinin yaşadığı yeri biz mütləq bilərik. Ərəb dünyasındakı milyarderlərin sayı bilinir, yalnız 20-si var. Onlar arasında deyil! Adı çəkilən şəxs kimi bir iş adamı da yoxdur”.