Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yoldaşımın başqa ailəsinə görə evliliyim bitdi…” - Damla

“Yoldaşımın başqa ailəsinə görə evliliyim bitdi…” - Damla

"Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm. Çünki yaşama səbəbim oğlum var. Yaşandı, bitdi. İndi arada hörmət var. Mən yox, övladım atası ilə görüşür".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Damla stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. İfaçı keçmiş həyat yoldaşından ayrılma səbəbini açıqlayıb. O bildirib ki, əri Damlanı yetkinlik yaşına çatmamış qaçırıb:

 

"Keçmiş həyat yoldaşım məni 17 yaşımda qaçırıb. İndi ailəlidir, övladı var. Allah xoşbəxt etsin, evliliyi daimi olsun. Xəyanət haqda danışmaq istəmirəm. Evləndikdən sonra xaricə getdik. Onun orada başqa ailəsi var idi, buna görə də evlilik bitdi. Yuvamı yıxdılar, oğlumu atasız qoydular. Ona görə də heç bir qadına onu yaşatmaram. Heç bir insanın həyatı və duyğuları ilə oynamaq olmaz".