Xalq artisti Flora Kərimova "Space" radioda qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni vəsiyyətindən danışıb. O bildirib ki, dünyasını dəyişəndə insanların bilməsini istəmir:
"81 yaşım var. Birdən Yaqut sizə deyəcək ki, dünyasını dəyişib. Öləndə insanların bilməsini istəmirım. Sözümə qulaq asmayıb ziyarətimə gəlməyin. Demişəm başdaşım olmasın.Bir nişan qoysunlar ki, ailəm sağ olanda ziyarətimə gəlsin. Şəklimi qoymasınlar ki, kimsə gəlib baxsın desin, yazıq, bu niyə bu günə düşdü".