"Hər insan özü sevir, özü seçir. İnsan azad varlıqdır, kim kiminlə istəsə evlənə bilər. Bu məsələ çox gündəmə gətirildi. İnsanlar bir-birlərini sevib ailə qurublar. Fərqli millətdən olmaları bunu qəribələşdirmir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti, müğənni Bilal Əliyev dünyaca tanınmış kino ulduzu Jan Klod Van Dammın oğlu Kris Van Dammın azərbaycanlı musiqiçi Suada Hacızadə ilə ailə qurması barədə danışarkən deyib:
"Azərbaycanlı xanımların əcnəbi bəylərlə ailə qurması normaldır, belə hallar tez-tez yaşanır. Bunu normal qarşılamaq lazımdır. Burada qəribə heç nə yoxdur".
Xalq artisti cütlüyün toyunda da iştirak edə biləcəyini də vurğulayıb:
"Ataların bir sözü var, sayılan yerdə ərinmə, sayılmayan yerdə görünmə. Cütlüyün toyuna dəvət gəlsə, məmnuniyyətlə iştirak edərəm. Bir neçə mahnı oxuyub, onları xoş gün münasibətilə təbrik etmək istəyərəm".