Ramal İsrafilov saç rəngində etdirdiyi dəyişiklikdən danışıb.
SHOWNEWS.AZ xəbər verir ki, saçlarını sarımtıl rəngə boyatdıran bəstəkar-müğənni "Özəl akustik" proqramında ailəsinin bunu normal qarşıladığını bildirib:
"Anam dedi ki, yaxşı deyil. Atam isə qayıtdı ki, burada nə var? Mənim saçıma oxşayır. Saçımı gündəmə gəlsin deyə işləmirəm. Geyimim gündəm olsun deyə çalışmıram. Səhnədə rahat olmalıyam. Deyirlər, gül kimi uşaq idi, sənə lazım idi? Bəli, mənə lazım idi. Siz bunu edə bilmərsiniz. Mən edirəm".