İl boyu istirahət edən sosial şəbəkə fenomeni Bayram Nurlu yay gəlmişdən başlayan tətilini hələ də davam etdirir.
Belə ki, istirahətə Moskvadan başlayan Bayram tətilini Antalyada davam etdirib. Orda da tətildən bezən fenomen artıq 1 həftədir ki, Bodruma yollanıb.
İstirahət etməkdən yorulmadığını açıqlayan B. Nurlu ancaq anası üçün darıxdığını bildirib. Məhz bu səbəbdən 3 günlük Azərbaycana qayıdıb, yenə tətilə yollanacağını əlavə edib.
Bayramın tətildən paylaşdığı şəkillər də xeyli müzakirələrə səbəb olur. Əksəriyyət etdiyi gözəllik prosedurlarından savayı onu tanımaqda çətinlik çəkir. Hətta bəzi izləyicilər onu məşhur xanım sənətçilərə bənzədir.