Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Fəlakət”in ayrıldığı xanımı ilk dəfə boşanmasından danışdı

“Fəlakət”in ayrıldığı xanımı ilk dəfə boşanmasından danışdı

"Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovun həyat yoldaşı İlahə boşanma xəbərinə münasibət bildirib.

 

SHOWNEWS.AZ xəbər verir ki, Lent.az-a açıqlama verən İlahə bildirib ki, aktyordan hansı səbəbdən boşanmasını mediaya açıqlamaq istəmir: 

 

"İlk dəfədir bu barədə danışıram. Bəzi xəbər saytları mənim adımdan əsassız xəbərlər yazıblar. Nə baş verdiyindən baş açmıram. Xəbərləri oxunsun deyə, mənim adımdan yalandan açıqlama yazmaq düzgün deyil. Ayrılığımız barədə başqa nə isə demək istəmirəm. Çünki ortada bir qızımız var”. 

 

Qeyd edək ki, E.Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan bir qız övladları var.