"Şou-biznesin bəzi əhli, sizə ayıb olsun. Bir şahid ailəsi sizə mesaj yazıb ki, əl işini paylaşıb dəstək olasınız".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, şəhid ailəsindən olan Aynur adlı xanım ona saç düzümü edib və sənət adamlarından yardım istəyib. Amma heç kim ona yardım etməyib.
Aktrisa şou-biznes nümayəndələrinə səslənərək, onları təhqir edib:
"Bizim hamımızın şəhidlərə borcu var. Ona heç cavab verməyi özünüzə rəva görməmisiniz. Siz kimsiniz? Heç kimsiniz. Nə sənətkar kimi sənətkar, nə də adamsınız. Ölüb gedəndə heç it dəftərində adınız olmayacaq. O şəhidlər isə daim xalqın qəlbində yaşayacaq".