Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mətanət İsgəndərli ilk dəfə eks gəlinindən DANIŞDI “Nankor adam çıxmasın"

Mətanət İsgəndərli ilk dəfə eks gəlinindən DANIŞDI “Nankor adam çıxmasın"

Bir müddətdir ki, gəlini Canana ilə qalmaqal yaşayan əməkdar artist Mətanət İsgəndərli ilk dəfə bu haqda danışıb.

O, aktyor Sərxan Kərəmoğlu ilə söhbət edərkən sözügedən mövzuya toxunub.

Müğənni aktyorun "Qaynana da ana sayılır" sözlərinə belə münasibət bildirib:

"Mən də qaynanayam da.. Nə olsun?! Bir də görürsən yaxşı olmur. Hər şey qarşılıqlı olmalıdır. Bəxtlə əlaqəlidir. Qarşına nanəcib, nankor adam çıxmasın".
S.Kərəmoğlu isə bəzi gəlinlərin qaynanalarını şantaj etdiyini söyləyib. O, daha sonra söhbətin M.İsgəndərlinin ailəsindən getmədiyini əlavə edib. Həmin videonu profilində paylaşan aktyor bu sözləri yazıb:

"Hər zaman düz danışmağa üstünlük vermişəm. Qaynana anadır, gəlində qızdır. Sadəcə gəlin gedənlər özlərini Şahruban hesab edirlər. Lakin bilmirlər ki, o evin də bir sultanı var. Gec, ya da tez həmin sultanın sözü keçəcək. Mətanət xanım aldığım nəfəs qədər mənə əzizdir. Bir az söhbətləşdik".

Qeyd edək ki, müğənninin oğlu Kərimdən ayrılan Canana onun üç uşağına ev almadığını söyləyib. Həmçinin o, Kərimin övladlarına fiziki şiddət göstərdiyini bildirib. Canana hazırda kirayədə yaşadığını, M.İsgəndərlinin nəvələrinə maddi yardım göstərmədiyini iddia edib./"Sherg.az"