Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kül sənin oxumağından zövq alan rayonlunun başına“

“Kül sənin oxumağından zövq alan rayonlunun başına“

Xalq artisti Sərxan Sərxanın şəhərli-rayonlu əhalisini müqayisə etməsi qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, müğənninin fikirləri qısa zamanda sosial şəbəkədə yayılıb və hər kəs onu rayon camaatını təhqir etdiyi üçün qınayıb. 

 

S.Sərxana cavab verənlər arasında gitara ifaçısı Rəhman Məmmədli də yer alıb. O, müğənninin bu fikirlərini qınayaraq, onun ünvanına təhqirlər yazıb:

"Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər-rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz Sərxan Sərxan! Bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu yazdığı simfonik əsərləri ilə tanıyır. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var: Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik".

Qeyd edək ki, S.Sərxan bunla bağlı sözləri kulis.az-a müsahibəsində deyib.