Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Çalışırlar uşaqları əlimdən alsın və aliment ödəməsinlər” - Mətanətin gəlini

“Çalışırlar uşaqları əlimdən alsın və aliment ödəməsinlər” - Mətanətin gəlini

"Rəsmi boşanma olmayıb, bir ilə yaxındır məhkəmə uzanır. Hara müraciət etmişəmsə, qarşı tərəfin vəkili məsələni uzadır. Hakimə yeni iddialar qaldırılır. Uşaqları almaq istəyirlər. İstəyirəm boşanma tez gerçəkləşsin, onların soyadından çıxım. Özümə yeni iş qurmaq istəyirəm. Sənədlərim dəyişməlidir".

 

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, müğənninin oğlu Kərimlə boşanma prosesləri hələ də bitmir. Canana deyib ki, boşanmanın tezliklə rəsmiləşməsi üçün çalışır.

Canana Kərimin uşaqları ondan almaq üçün çalışdığını deyib:

"Alıb uşağa baxandırlar? Çalışırlar ki, uşaqlar onların üstündə olsun və aliment ödənməsin. Ev də vermək niyyətində deyillər. Ötən ilin avqustundan uşaqlarıma tək baxıram. Heç onlara maraqlı deyil ki, nə yeyib, nə içirlər. Boşanmada heç bir təzminat tələb etməmişəm. Toydan sonra Kərimin adında dörd maşınımız var idi. Ayrılan kimi tez Kərimin adından maşınlar çıxarıldı. Üçünü satıb, dördüncünü müğənni Rövşənin adına keçirdilər. Mənə əziyyətlər verirlər ki, düşüm. Uşaqlarıma baxa bilməyim, onlar da məndən bezib imtina etsin, atalarını seçsin. İnstaqram səhifəmi belə Kərim sındırıb, ələ keçirdi. Şükür ki, çalışıram, onlara hər şey edim. Bir ana kimi üç uşağı istədiyim kimi böyüdürəm".

Canana M.İsgəndərlinin "nankor gəlin" ifadəsinə də cavab verib:

"Nişanladılar, üzük taxdılar, 8 il nişanlı saxladılar. Universitetdən çıxartdırdılar. Amma mədəniyyətimi saxladım. Məni çox təklədilər. Mətanət İsgəndərli hər zaman həyatından danışır, onun keçmiş həyat yoldaşı ilə qonşu olmuşam. O bilir ki, mən nə qədər fədakarlıqlar etmişəm. İnsan fədakarlıq edir, amma sonra görür ki, dözülməzdir. Hər dəfə eşidirdim ki, Kərimə deyirlər boşa. O qədər təhqirlərə, haqsızlıqlara dözdüm ki... Sonra məni kirayələrdə ora-bura atdılar. Uşaqları mənə qarşı çevirirdilər. Dözmədim. Boşanmaq istədim deyə, oldum nankor? Çox güclü qadınam, hər şeyin öhdəsindən gələcəm".