Xərçəngdən əziyyət çəkən və uzun müddətdir Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayev bu gün Bakıya qayıdır.
SHOWNEWS.AZ xəbər verir ki, üç dəfə əməliyyat olunan müğənninin səhhəti yaxşıdır. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, Ağayev xərçəngə qalib gəlib:
"Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah. Allahın köməkliyi ilə tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına".
Qeyd edək ki, A.Ağayev apreldə Türkiyəyə müalicəyə yollanıb. O, 3 dəfə əməliyyat olunub.