Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Maç-maç” mahnıdan qazandığım pulla İstanbulda ev aldım" - Brilliant Dadaşova

“Maç-maç” mahnıdan qazandığım pulla İstanbulda ev aldım" - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib.

SHOWNEWS.AZ xəbər verir ki, müğənni bu haqda "Fəlidon doğru xəbər" verilişində deyib. O, "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:

"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".