Keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə çəkisi 70 kiloqramdan 46-ya düşən türkiyəli məşhur müğənni Seren Serengil yaşadığı peşmanlıqdan danışıb.
"Instagram” hesabından bununla bağlı paylaşım edən müğənni bildirib ki, əgər indi yüz kiloqram olacağımı desələr qaça-qaça geri qayıdaram.
"Gözəl olduq nə oldu, xoşbəxt ola bildikmi?”, - deyə gileylənən müğənni izləyicilərinə səslənib:
"Gözəlin düşməni ən gözəldir. Ən gözəl ola bilmək üçün əlinizdəki gözəllikdən də olmayın. Sağlamlığınız getməsin. Qoy, sizi bəyənən belə bəyənsin, bəyənmirsə qapını göstərin”.