“Gəlinliyim artıq tikilib, hazırdır. Xınayaxdı mərasimini yəqin ki, etməyəcəyəm, birbaşa toy olacaq. Xınayaxdı etsəydim, xına aparan bütün məşhurları çağırardım”.
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Sevda Yəhyayeva “7 canlı” proqramında deyib. O, toyundakı əsas müğənninin kimliyini də açıqlayıb:
“Yəqin ki, toyda çox sayda məşhur olacaq. Amma toyu Zamiq Hüseynov aparacaq”.
Sənətçi aparıcının “hansı məşhurun maşınında gəlin getmək istəyərdin?” sualına isə ”Gəlin maşını ilə bağlı konkret avtomobil arzum yoxdur. Bəlkə, elə at olacaq?! Bilmək olmaz” cavabını verib.