Aparıcı Mətanət Əliverdiyeva bu dəfə "Xəzər TV"də çalışmağa başlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, o, "Gəzək bişirək" adlı proqrama aparıcılıq edəcək. Veriliş mövzusu isə mətbəx olacaq.
Əliverdiyeva həm gəzəcək, həm də fərqli yeməklərin hazırlanmasını təqdim edəcək. "Gəzək bişirək" şənbə günü efirə gedəcək.
Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra "Space"də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı MTV-də fəaliyyətini davam etdirirdi. O, "6/8 axşam şousu" adlı verilişə aparıcılıq edirdi.