"Həyat belə onun hökmünə tabedir - zaman. Ona yalan, hiylə, pul-para, güc, rütbə heç bir qüvvə keçməz. Kimsəni vecinə almaz, kimsə üçün dayanmaz, kimsə üçün cilddən-cildə girməz. İnsan övladının müdaxilə edə bilmədiyi, həyatın tək tabe olduğumuz tərəfi - zaman".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. Ad günü olan Vüsalə özü ilə bağlı fikirlərini bölüşüb:
"Məni qınamayın, bəlkə çox səmimi olacağam, amma bunu etiraf edəcəm - məni hər gün mən edən, bəzən yıxıb, əzib, sonra yaralarımı saran, ağladıb-güldürən, xatirələr verən, arzular doğuran, ümidlərimə mayak olan, məni böyüdüb - qadın, ana, insan edən zamanı sevirəm. Hər il artan yaşımı sevirəm. İş və yaxşı həyatıma gələn, gedən, hər kəsi, hər şeyi sevirəm. Güc aldığım, həyatdan iki əlli tutunmağıma stimul verən canımdan can olanları, məni sizdən biri edən evinizə, ailənizə qonaq edən işimi, sənətimi, olmadığım yerdə məni doğması kimi müdafiə edən, qoruyan, haqqımı yedirməyən sizi sevirəm. Arxamca danışan, incidən, qıran, yıxan bədxahlarımı da sevirəm. Çünki sayənizdə mən oldum - Vüsalə Əlizadə. Verdiklərinə və aldıqlarına şükürlər olsun Allahım. Xoş gəldin, yeni yaşım -sağlıq, sevgi, hüzur və halal ruzu gətir. Doğum günün mübarək".