Azərbaycanlı müğənninin gizlətdiyi avtomobil qəzasının götüntüləri yayıldı - Məhkəmə ilə hədələdi FOTOLAR
Müğənni Sima Nəsirovanın mediadan gizlətdiyi avtomobil qəzasının görüntüləri yayılıb.
Təxminən 1 ay əvvəl baş verən hadisə zamanı müğənninin avtomobili başqa avtomobil ilə toqquşub. Hadisə zamanı hər iki avtomobil yararsız hala düşüb.
Əldə etdiyimiz məlumata görə, hələ də Sima Nəsirovanın avtomobili düzəlməyib.
Müğənni ilə əlaqə saxlamağa çalışsaq da, Sima Nəsirova bu haqda açıqlama vermək istəmədi. Hətta məlumatın yayılacağı təqdirdə əməkdaşımızı məhkəmə ilə hədələdi.