"Atası Moskvadan gələn günü qızımız və oğlumuzla görüşdü. Onları aparıb bir neçə gün evlərində saxladılar. Ögey qardaşının evinə qonaq gediblər, orada Ruhlanı it dişləyib. Mənə isə deməyiblər".
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, müğənni və oğlu Kərim Rusiyadan qayıdandan sonra uşaqlarla görüşmək istəyib. Canana oğlunu it dişlədiyini, amma atasının onu həkimə aparmadığını söyləyib:
"Rayona toy mərasiminə gedəndə məcburən uşaqları evə göndərdilər. Ruhlanın paltarını dəyişdirəndə gördüm ki, ayağında iz var. Soruşanda deyir, it dişləyib. Uşağa iynə vurulmayıb. Tez həkim çağırdım, səhəri klinikaya apardım. İynə vurdular. Quduzluğa qarşı iynə həmin an vurulmalı idi. Gecikdiriblər. Uşağa qarşı qeyri-ciddi yanaşıblar. Dua edirəm ki, bir problem yaranmasın.
Hələ bunun üstündən məni məhkəməyə verib övladları əlimdən almaq istəyir. Belə baxacaqlar üç uşağa? Qəyyumluq tələb edən şəxs övladına qayğı göstərər.
Neçə vaxtdır uşaqların necə dolandığını, təhsilini düşünmür. Hər şeyi özüm edirəm. Qaldığımız evdə kirayə pulu 6600 manatı keçib. Necə ödəniləcək? Bir dəfə polisə şikayət etdim, qızımızı döyməsinin sübutlarını verdim. Amma nə oldu? Heç kim baxmadı işə. İndi də boşanma uzanır. Aliment verməmək üçün məsələni uzadırlar, uşaqların qəyyumluğunu almağa çalışırlar".
Qeyd edək ki, Kərim və Canana ötən il ayrılıb. cütlük rəsmi boşanma üçün məhkəməyə müraciət edib. Onların bu nikahdan üç övladı var.