"Burnumun deşikləri xoşuma gəlmir, əməliyyat etdirəcəm" Səbinə Əskərova - FOTOLAR
Bütün yay fəslini qızı ilə Avropadq istirahət edən müğənni Səbinə Əskərova vətənə dönər-dönməz etdiyi açıqlama ilə diqqətimizi çəkdi.
SHOWNEWS.AZ-a açıqlama verən Əskərova növbəti dəfə plastik əməliyyata hazırlaşdığını bildirdi.
"Bir dəfə burun əməliyyatı olmuşam. Formasını dəyişdirdim. Yenə də burun əməliyyatına girəcəyəm. Amma bu dəfə formasını yox, deşiklərini dəyişəcəm. Hamıda burun deşikləri uzunsovdur. Mənim isə yumru deşiklər xoşuma gəlir. İstəyirəm mənim də burnumun deşikləri yumru olsun".
Qeyd edək ki, müğənni Səbinə Əskərova illər əvvəl dodağına vurdurduğu 1 qram süni geldən azad olmaq üçün dodaqlarından da 3 dəfə əməliyyat olunub.