Aktrisa Pərvin Abıyeva maraqlı açıqlaması ilə diqqət çəkib.
SHOWNEWS.AZ xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan Pərvin, filmlərdən və reklam çarxlarından qazandığı gəlirindən danışıb. O indiyə qədər əldə etdiyi ən yüksək qonararın miqdarını da deyib:
“Bunu ilk dəfədir açıqlayıram. Tanınmış sima olduğum üçün bir dəfəyə 80 min AZN qazanmışam. Filmlərim olub, reklam çarxlarına çəkilirəm. Bəlkə də hamı elə bilir ki, mən 500 ya da 1000 AZN-ə edirəm bunları, amma belə deyil. Reklam çarxlarının, “Instagram”ın, filmlərin ayrı-ayrı qiymətləri var. Düşünürəm ki, Azərbaycanda bu qiymətlər çox aşağıdır. Əgər Türkiyədə hər hansı bir aktrisa tanınmış sima olduğu üçün 5 milyon ya da 10 milyon pul qazana bilirsə, bizdə 80 min AZN heç birşeydir”.