Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Emin Ağalarov ilk dəfə boşanmasının SƏBƏBİNİ AÇIQLADI

Emin Ağalarov ilk dəfə boşanmasının SƏBƏBİNİ AÇIQLADI

Xalq artisti Emin Ağalarov "Осторожно: Собчак" "YouTube" layihəsinin qonağı olub.

 

Axşam.az xəbər verir ki, müğənni Alyona Qavrilova ilə ayrılma səbəbini açıqlayıb. Emin bildirib ki, münasibətlərinin bitməsinə özü səbəb olub:

"İnsanların yolun qoya bilmədiyi fikir ayrılığı yaranır. Hərdən kardinal anlar olur. Alyona məni razı salmağa çalışdı, onda bu alındı. Düşünürəm ki, problem məndə, mənim həyat tərzimdə oldu. Hər şey mən istəyən kimi olmalıdır. Kənardan bəlkə də elə görünür ki, mənimlə rahatdır. Amma bu belə deyil. Hər hansı bir qadına mənimlə asan olmayacaq".

Müğənni həyatda onu olduğu kimi qəbul edəcək həyat yoldaşı tapmağı arzuladığını gizlətməyib:

"Hər şeyi başa düşürəm, amma hələ ki, məndə kompromisli insan kostyumunu geyinmək alınmır. Bu tərəfdən çalışmağa başlamışam. Beynimdə gəzişməyə başladım, psixoloq yanına getdim. Çox qısqancam. Əgər qısqanclığım tutsa, ətrafda hər şey dağıla bilər. Psixoloq məni özüm çarə tapacağım tərəfə yönləndirir".

Emin bildirib ki, çoxdanışan insanla yaşaya bilməz:

"Qadın çox danışanda sevmirəm. Həmin an mənim üçün dəhşətdir, qaçmaq istəyirəm".

Qeyd edək ki, Emin və Alyona 2018-ci ildə evlənib. Cütlüyün bu nikahdan Afina adlı qızı var.