Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ayan qızına nalayiq şərh yazanı polisə şikayət edib

Ayan qızına nalayiq şərh yazanı polisə şikayət edib

"Zamanında ana oldum, övladım dünyaya gəldi. Yerli-yersiz söhbətlər oldu. İnsan özünü bilir, kimdir və nəyə qadirdir. Uşaq ən zəif nöqtəmdir. Heç kimin balasına pis gözlə baxmaram. Nədə öz övladım üçün kiminsə artıq-əskik yazmasına imkan vermərəm".

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi qızı Selena üçün yazılan mənfi şərhdən danışıb. O bildirib ki, həmin şəxsi polisə şikayət edib:

"Bir dəfə qızıma mənfi rəy yazdılar, necə lazımdır həll etdim. Məndə o xasiyət yoxdur deyim, bilirsən başına nə oyun açaram? Sakitcə, qanun çərçivəsində məsələni həll etdim. Şərhi yazan tapıldı və gətirildi. Ailəmlə bağlı artıq-əskik yazanı taparam. Baxmayın sizin profil saxtadır, 0 izləyici var. Nəslindən belə bir nəfər olsa da tapılacaq. Heç kimin ailəsinə təhqir yaza bilməzsiniz".