Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə həyat yoldaşı Canananın növbəti məhkəməsi baş tutub. Bu dəfə məhkəmədə uşaqların anadan alınaraq ataya verilməsi məsələsinə baxılıb.
Bu haqda Axşam.az-a açıqlamasında Cananan deyib. O bildirib ki, uşaqlar məhkəmədə atalarını seçiblər:
"Övladlarım mənim canım, nəfəsimdir Onların saölamlığı, gələcəyi, stressiz həyatına görə əlimdən gələni etdim, edirəm də. Dünən icrada onların məndən alınacağı və kimi seçəcəkləri qərarını gözləyirdim. Moskvadan qayıdan gündən uşaqları götürdülər, itə dişlətdilər, bunu məndən gizlətdilər. Uşaqları özləri ilə toylara apardılar, bütün rejimlərini pozdular. Hər birinin başını gəzmək və oyuncaqla döndərdilər. Uşaqlarım atasını seçdi.
Analara müraciət edirəm, biz qadınlar haqqımız olanı istəməliyik, yoxsa necə? Böyük oğlumu Tuncayı, hər zaman arxam hesab etdiyim balamı iki günə məndən döndərdilər. Dedi, mən onları seçdim, çünki mənə velosiped alacaqlar, Antalyaya aparacaqlar, öz otağım olacaq. Bu mənim üçün o qədər ağır zərbə oldu, yenə dünya malı bu qədər dəyərlidir?
Qərar tam araşdırmadan sonra veriləcək. Mən sübutlar göstərməliyəm, döyülməklərini, it dişləməsini sübut etməliyəm. Ayrılmağımızın səbəbini göstərməliyəm. İş yerim var, amma evim yoxdur".
Qeyd edək ki, Canana və Kərimin 3 övladı var.