Hamiləliyinin 7-ci ayını yaşayan və başı analığa hazırlıqla yanaşı gələn ay Bakıda verəcəyi solo konsertə hazırlaşan müğənni Rəqsanə İsmayılova gözlənilməz halda şərlənib.
SHOWNEWS.AZ xəbər verir ki, haqqında uydurulan yalanlardan müğənnini əsəbləşib. Bu haqda açıqlama üçün ifaçı ilə əlaqə saxladıq. O, çox əsəbi olduğunu və şərləndiyini dilə gətirdi.
"Mən Ülviyyə Alovlunu şəxsən tanımamışam. Özümə mətbuat katibi axtarırdım. Firuzə Cəlilova bizi tanış etdi və aylıq min manat əmək haqqı ilə razılaşdıq. Amma dediyi qalan sözlərin hamısı yalandır. Guya mənim Firuzə ilə pul üstündə söz-söhbətim olub. İnanmırsınızsa, zəng edin Firuzədən soruşun. Mənim onunla pul üstündə heç bir anlaşılmazlığım olmayıb. Ülviyyə ALovluya 2 ay ardıcıl 1000 manat əmək haqqı ödəmişəm. Amma yenə də gördüyü iş məni qane etmirdi. Çünki elə xəbərlər var idi ki, ona cavab vermək və yerli mediada dərc etdirmək lazım idi. Amma Ülviyyə bu işi görə bilmirdi. Bu səbəbdən görə bilmədiyi işə görə 3-cü ay ona 500 manat ödədim və sağollaşdım. İşini görə bilməyən adamla kim çalışar? Gördüyü işləri göstərsin və desin ki, bu işi gördüm amma pulumu verməyib. Onun gördüyü iş olmayıb. Öz gördüyündən danışsın.
Cəfəng fikirlər səsləndirir ki, guya dükanlara, salonlara, maşın dükanına borcum var. Məgər biz görə görünməzik? Oxuduğum məkan da bilinir, telefon nömrələrim də 24 saat açıqdır. Bizi tapmağa nə var ki? QIzım da Bakıda yaşayır. 7 ildir Nigar adlı işçim var. Bizə zəng edən yoxdur. Mən Rəqsanənin heç kəsə borcu yoxdur. Sən Ülviyyə kimsən ki, mənə görə səni axtarsınlar. Hansı dövrdə yaşayırıq ki, insanlara aldadıb iş görəsən və pulunu verməyəsən. Qanun var, hüquq var. Bu qədər yalan və şərə görə adamı məhkəməyə verərlər. Heyif ki, hazırda bu işlərə ayıracaq vaxtım yoxdur. Amma mən bu işi belə qoymayacağam. Hər şey qanuni yolla öz həllini tapacaq. Heç kəs haqqımda yalan və uydurma fikirlər səsləndirib, özünü gündəmə gətirməsin.
Türkiyədə arajiman isə Hacı Nazim ilə olub. Mən 3 min dollar ödədim, amma mahnını heç götürmədim. Zəng edin bunu da Hacı Nazimdən soruşun.
Mən savadlı insanlarla işləməyi sevirəm. 3 ilə yaxın Zəminə xanımla çalışmışam və bütün media işlərimi o görürdü. Bir dəfə də aramızda anlaşılmazlıq olmayıb. O qədər peşəkarcasına çalışırdı ki, mənim xəbərim olmadan belə bütün işləri özü görürdü. Bu gün isə İsa Şükürov ilə çalışıram. İşi bacaranı ilə görərlər.
Ülviyyəyə isə gözəl ailə arzu edirəm. Və ona halal pul qazanmağını diləyirəm. Barmağını qatlasın ki, Rəqsanədən əvvəl kimlə çalışıb? Onun mənim üzərimdə 1 qram belə haqqı yoxdur. Əgər haqlıdırsa, qoy mənə haram olsun. Yalan deyirsə, aldıqları onun haramı olsun. Əgər mən görsəydim ki, Ülviyyənin mənim üzərimdə haqqı var, mən ona 500 manat da artıq verərdim. Necə insan olmaq lazımdır ki, görmədiyin işə görə pul tələb edəsən.
Maşına da qalanda hazırda qapımda 2 avtomobilim var.
Mən bu haqda danışmağa belə utanıram. Ümid edirəm ki, bir daha bu mövzuda heç bir jurnalist məni narahat etməz".
Qeyd edək ki, jurnalist Ülviyyə ALovlu Axşam.az saytına açıqlamasında iddia edir ki, müğənni Rəqsanə ona gördüyü işə görə əmək haqqımı ödəməyib. Və guya sənətçinin bir çox insana da borcu var.