Müğənni Mətanət Əsədova ötən gün haqqında yayılan xəbərlər barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında adının insan alverində hallanması xəbərlərinə reaksiya verib. Mətanət yayılan xəbərlərə qəzəbləndiyini və həmin şəxsi tapmaq üçün polisə şikayət ərizəsi təqdim etdiyini deyib:
"Bezdim. İmkan vermirlər ki, yetimliyimin, xəstəliyimin, səsimdə olan problemlərin dərdini çəkim. Evimdə ağır xəstələr var. Onlara da, mənə də həyəcanlanmaq olmaz. Kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm, villalarım, evim, maşınım yoxdur, aldığım ev kirayədir.
Heç kimdən nəsə istəmirəm. Bilirəm, bunu kim, nə üçün edir. Qadının öz işi var. Qaçıb gedirlər, şikayət edirlər, şər atırlar. Bundan əl çəkməyəcəm, bu artıq axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma başlatdıracam. Bu xəbəri kimin yaydığı tapılacaq. Adını polisdə çəkdirib, biabır edəcəm".
Xatırladaq ki, ötən gün sosial şəbəkədə sənətçinin insan alverinə görə həbs edildiyi xəbərləri medianın gündəmini zəbt etmişdi. Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayaraq belə bir halın baş vermədiyini bildirib.