Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Günelin ayaqqabılarını satsaq bir villa ala bilərik"

"Günelin ayaqqabılarını satsaq bir villa ala bilərik"

Müğənni Tunar Rəhmanoğlu bacısı Günel Zeynalova haqqında maraqlı açıqlama verib.

 

SHOWNEWS.AZ xəbər verir ki, "7 Canlı” verilişinə qonaq olan Tunardan Günelin ən bahalı libasının qiyməti soruşulub.

 

O isə cavabında bacısının geyimə çox pul xərclədiyini və 300-400 ayaqqabısı olduğunu bildirib:

 

"Geyimə çox pul xərcləyir. Evdə 300-400 ayaqqabısı var. Onları satsan, bir villa almaq olar. Hərdən deyirəm ki, bunları istəyən varsa, sataq hamısını..."

 

Daha sonra Zeynalova ən bahalı geyiminin qiymətini açıqlayıb: "Ən bahalı libasımı Tunarın toyunda geyinmişəm. Qiyməti 17 min lirə (təxminən 3400 AZN) idi", - deyə Günel bildirib.