“Forbes” jurnalı məşhur müğənni Rihannanı milyarder elan edib.
Axşam.az xəbər verir ki, nəşrin məlumatına görə, o, 1.7 milyard dollar sərvətə malikdir.
Rihannanın sərvətinin 1,4 milyard dolları hazırda 50 faiz paya sahib olduğu "Fenty Beauty" markasından gəlir. Varidatının qalan hissəsini iç geyimləri markası "Savage x Fenty", eyni zamanda musiqi və aktyorluq karyerasından qazanıb.
O, markalarının tanıtımını 102,5 milyon izləyicisi olan tvitter və 101 milyonluq İnstaqram hesabları üzərindən edir.