Müğənni Sevda Sanəliyevanın ötən gün evdindən tapdığı cadu və əməlləri sosial şəbəkədə paylaşıb, bilənlərdən yardım istəməsi xeyli müzakirələrə səbəb.
SHOWNEWS.AZ-a açıqlama verən ölkənin ən tanınmış və güclü ekstrasenslərindən olan Fərid Zamanlı müğənniyə olunan cadudan söhbət açıb:
"Nə qədər insanlar desə də ku, buna inanmıram. Bu var. Sevda xanıma olunan əməl isə onun ailə həyatına olunub. Sevda xanımın həyatından gedən şəxs ona qayıtmaq istəyir. Görünür kimlərsə buna mane olmaq istəyir və bu yola əl atıb. Həmin adam müğənninin həyatının tənhalığa sürüklənməsinə çalışır.
Həm də bu qarışıq əməldir. Burada Sevda xanımın səhhəti və ruzisinə təsir olunub. Əməlin gücü ilə həmin şəxs günboyu halsızlıq, baş ağrılarından əziyyət çəkir. Dərmanlar, müalicələr fayda vermir.
Eyni zamanda ruzi yolları da bağlanıb. Nə qədər çapalasa da, qazancı külək kimi sovrulub gedir. Qazancının sanki bərəkəti olmur. Hardan qazanır, hara xərclənir heç özü də bilmir. Əli daima boş olunmasına ediblər".