"Bu həyatda hər kəs öz yolunu gedir, öz yarışını oynayır zamanında. Hər şey çox tərəfli və bir mənalı deyil. Fərq zamandadır".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkə paylaşımında yazıb. Aysel dostluq münasibətlərindən bəhs edib:
"Dərindən düşünsək, bu dünyada hər hadisənin öz saat qurşağı var. Dostlarınız sizdən öndə ola bilər. Kimisi isə çox geridə qala bilər. Bu çox təbiidir. Hər insanın bu saat qurşağında öz distansiyası var! Qısqanmaq, paxıllıq etmək, müqayisə etmək lazım deyil".