Rejissor və aktyor Kənan M.M şəxsi həyatı ilə gündəmə gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan Kənan həyat yoldaşı Aygünün Xalq artistlərindən belə yaxşı oxuduğunu deyib:
"Biz Aygünlə ailə həyatı quranda bilirdik kimik… Sonradan məşhurlaşmadıq. Ailə quranda heç kimdə nəsə dəyişmədi. Aygün bir çox Xalq artistindən yaxşı oxuyur. Sənət də vətən sevgisi kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm".
Qeyd edək ki, Kənan M.M həyat yoldaşı müğənni Aygün Şükürova ilə 2008-ci ildə evlənib. Onların tanışlığına "Azəri Star" yarışmasının təşkilatçısı Kamal Cenk İçten vəsilə olub. Hazırda cütlüyün 3 övladı var.