Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nazilə Səfərli Xoşqədəm Hidayətqızından ÜZR İSTƏDİ FOTOLAR

Nazilə Səfərli Xoşqədəm Hidayətqızından ÜZR İSTƏDİ FOTOLAR

Telejurnalist Xoşqədəm Hidayətqızı tərəfindən şairə Nazilə Səfərliyə qarşı irəli sürülmüş məhkəmə işinə xitam verilmişdir. Xoşqədəm Hidayətqızının nümayəndəsi, vəkil Qocayev Ramil Alim oğlunun verdiyi məlumata əsasən, Nazilə Səfərli tərəfindən Xoşqədəm Hidayətqızının özünün və ailəsinin təhqir olunması, həqiqəti özündə əks etdiməyən bəzi məlumatların Xoşqədəm Hidayətqızı tərəfindən söyləməsinin işıqlandırılması və onun (Xoşqədəm Hidayətqızının) şərəf və ləyaqətinin alçaldılmasını özündə əks etdirən məlumatların yaıması ilə müşayiət olunan məhkəmə mübahisəsi Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(007)-166/2019 nömrəli qətnaməsinə əsasən, Xoşqədəm Hidayətqızının irəli sürdüyü iddia tələblərinin təmin olunması ilə yekunlaşmışdır. Məhkəmə qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızı barəsində dediyi fikir və ifadələrin kzib etməsi, elcə də mənəvi ziyanın ödənilməsi, təkzibin və üzr istəməyinin SHOWNEWS.az saytı vasitəsi ilə edilməsi vəzifəsi qoyulmuşdur. 


Qərarın qanuni qüvvəyə minməsindən sonra, müxtəlif bəhanələrlə qərarın icra etməkdən yayınan Nazilə Səfərli axtarışa verilmiş və nəticədə, əlavə olaraq AR-nın İnzinbati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuşdur (həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, yenə məhkəmə Nazilə Səfərlinin şikayətini təmin etməmişdir). 

 

İnzibati qaydada cərimələndikdən sonra, Nazilə Səfərli artıq məhkmə qrarını icra etməyə məcbur olmuşdur. Belə ki, Nizami rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(007)-166/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar, Cəfərova (Səfərli) Nazilə Bəhlul qızı Baxşəliyeva Xoşqədəm Hidayət zından üzr istəmişdir. Bunun da nəticəsi olaraq, AR-nın Ədliyyə Nazirliyinin, Bakı şəhər, Nizami rayon İcra Şöbəsi tərəfindən “icraata xitam verilməsi barədə” 04 avqust 2021-ci il tarxli qərar qəbul olunmuşdur. Bununla da, Nizami rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qətnaməsi ilə Nazilə Cəfərovanın üzərinə qoyulmuş vəzifə onun tərəfindən tam icra edilmiş və nəticədə qərarda göstərilən tələblər onun tərəfindən yerinə yetirilmişdir.

 

Əlavə olaraq onu da qeyd etmək istərdim ki, Nazilə Cəfərova tərəfindən vaxtı ilə Xoşqədəm Hidayətqızının barəsində işlətmiş olduğu fikirlər “Xoşqədəm hələ də həzm edə bilmir ki, ərim keçmişdə onu yox, məni seçdi və mənimlə ailə qurdu. Bu məsələlərə görə hələ də mənimlə düşmənçilik aparır. Qardaşımın keçmiş həyat yoldaşını öyrədir və mənə qarşı açıqlamalar edir. Xoşqədəm, ərə də getdin sən sakitləşmədin. Doğuşu Türkiyədə yox, evində saxlamağı bacarsan, sən də qadın tək xoşbəxt olarsan. Xoşqədəm xalqı təhqir edir. Xoşqədəm dövlətin əleyhinə gedir, yalandan efirdə danışırdı kimi ifadə və cümlələrdən ibarət olan yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymışdır. Məhz bu fikir və ifadələrə görə də, Bakı şəhər Nizami rayon Məhkəməsi Xoşqədəm Hidayət qızının haqlı olması barədə yuxarıda qeyd olunan qərarını qəbul etmişdir.