Amerikaya köçən azərbaycanlı aparıcı Səxavət Nurun həmcinsi ilə evlənmə xəbəri ölkədə geniş müzakirələrə səbəb olub.
SHOWNEWS.AZ xəbər verir ki, yayılan xəbərdən sonra Səxavət Nur açıqlama verib. O, xəbəri yalanlayıb:
"Heç ömrümdə bu qədər gülməmişəm. Deməli dünən Amerikaya gələn gündən ailə, kiçik qardaş, övlad kimi qəbul edən insanlardan biri ilə şəkil paylaşmışam. Bu gün səhər isə xəbər ilə oyanıram ki, Səxavət Nur həmcinsi ilə ailə qurub. Allah sizə ağıl və insaf versin".
Qeyd edək ki, qalmaqallı xəbəri Unikal.orq yazıb.