Əbdül Xalidin səhhətində problem var - 3 günə əməliyyat olunmalıdır FOTOLAR
Müğənni Əbdül Xalidin sağlığında problem yaşanıb. Güclü ağrı ilə sənətçi təcili xəstəxanaya yerləşdirilib.
SHOWNEWS.AZ xəbər verir ki, müğənninin qarın nahiyyəsində yaşanan ağrı ilkin olaraq güclü ağrıkəsicilərlə sakitləşdirib. Sənətçinin prodüseri Nicat müğənninin 3 gün içində əməliyyat olunacağını bildirib:
“Vəziyyəti yaxşı deyil. Sistem kömürülüb. Ağrıkəsici və yuxuya getməsi üçün iynələr vurublar. Ağrı çox güclü idi. Ayağa dura bilmirdi. İnşallah, əməliyyat uğurla keçər”.