"İndi gənclər bu sənətə reklam olunmaq üçün gəlirlər. Deyirlər, nə olursa olsun reklam edim özümü. Bizim sənət bu deyil. İndi filmlərin çoxunda ssenari verilmir. Gəlirsən çəkiliş məkanına sənə ssenarini uzadırlar. Əvvəl belə deyildi. Bir ay əvvəl ssenari verilirdi, tək öz obrazımızı yox, hamısını oxumalı, əzbərləməli idik".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Kinomən" proqramında deyib. Aktrisa sənətə gəlməsindən bəhs edib:
"Diktor olmaq istəyirdim, aktrisa oldum. Təsadüfən bu sənətə gəldim. Amma xəyanət etmədim. Çünki arada diktorluq da etdim".
N.Orucova sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən də söz açıb. "Elə şərhlər yazırlar ki... Baxırsan ki, insanların daxilində nə qədər kin var. Səmimi insanı qəbul etmək istəmirlər. Başa düşmürlər ki, içinizdəki paxıllıq sizi partladacaq, mənfi şərh yazdığınız adamı yox" deyə, o, əlavə edib.