Bir müddət öncə xərçəngdən əməliyyat olunan jurnalist, ARB TV-nin aparıcısı Tahirə Məmmədqızının səhhəti yenidən pisləşib.
AZXEBER.COM xəbər verir ki, Tahirə özü bu haqda məlumat verib.
Teleaparıcı bildirib ki, Milli Onkologiya Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onu bu gün təcili əməliyyat edəcəklər.
Qeyd edək ki, bundan öncə T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş aşkar edilib, daha sonra əməliyyat edilmişdi.