Aktrisa Pərvin Abıyevanın evindən 120 min manat pul oğurlanıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə aktrisa "Onun sirri” proqramında qonaq olarkən danışıb. O, oğurluğu tanıdığı şəxsin etidiyini bildirib:
"Oğurluğu kimin etdiyini bilirəm, araşdırıb tapmışıq. Amma pulu geri ala bilmədik. Çünki üstündən xeyli müddət keçmişdi və artıq xərcləmişdi. Evin içində baş verən özəl məsələ idi. Qınanmaqdan qorxuram. Deyəcəkdilər ki, Pərvin 120 min manatı haradan alıb? Həm ona görə çəkindim, həm də illər öncə yaşanan və qapanan məsələ olduğu üçün bu haqda danışmaq istəmirdim".