"Cahan" qrupunun solisti Dadaş Tarverdiyevin anası dünyasını dəyişib. Lakin ailə çıxılmaz vəziyyətdədir.
SHOWNEWS.AZ-a açıqlama verən ifaçı bildirib ki, anam dünyasını dəyişsə də, Təxirəsalınmaz Təcili Tibbi Yardımın əməkdaşları gəlmir:
"2 saatdan çoxdur anam dünyasını dəyişib. Təcili yardım çağırmışıq. Amma gəlmirlər. Nə edəcəyimizi bilmirik".
Çıxılmaz vəziyyətdə qalan ifaçı hətta polisə də zəng etdiyini açıqlayıb. Lakin onlar bu işə baxmadıqlarını bildirib.