Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəbnəm Qəhrəmanovadan Nigar Muharremə QADAĞA

Şəbnəm Qəhrəmanovadan Nigar Muharremə QADAĞA Şəbnəm Qəhrəmanovanın “Ağır cinayət” mahnısından təsirlənməyən insan demək olar ki, yoxdur. Müğənninin mahnısı o qədər məşhurlaşıb ki, onu oxumayan sənətçi demək olar qalmayıb. SHOWNEWS.AZ xəbər verir ki, bu dəfə müğənninin mahnısını icazəsiz ifa edən isə Türkiyədə məşhurlaşan sənətçi Nigar Muharremdir. O, Qəhrəmanovanın “Ağır cinayət” mahnısından bir parça ifa edərək, öz “Instagram” hesabında paylaşıb. Bundan xəbər tutan Qəhrəmanova məsələ ilə maraqlanıb. Qarşı tərəf isə bəstəkardan icazə aldığını və müğənnidən icazə almağı lazım bilmədiyini deyib. Özünə qarşı hörmətsizlik görən Qəhrəmanova Nigara qadağa qoyub: “Düzdür, gözəl oxuyur, qəşəng səsi var. Amma bu nə özündən razılıq? Bu nə yekəxanalıq? Oxumaq istəyirsənsə, elementar mədəniyyətin olsun. Zəng et və bir kəlmə icazə al. Mən məgər yox deyəcəkdim? Bu günə kimi onlarla adam mahnımı oxuyub. Heç kəsə də yox deməmişəm. İlk dəfədir bu boyda hörmətsizliklə qarşılaşdım. Kim olursa, olsun. Mədəniyyətsiz, yekəxana, təkəbbürlü insana yerini göstərməyi bacarıram. Nigar Muharremə qadağa qoydum. Bundan sonra risk edib heç mahnımı ifa etməsin!”. Qeyd edək ki, Şəbnəm Qəhrəmanovanın “Ağır cinayət” mahnısı bu il ərzində ən çox dinlənilən sırasında olub. Bir neçə müğənni bu mahnını öz repertuarına daxil edib. Mahnını ən son ifa edən isə əməkdar artist Könül Kərimova olub.