Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kim mənə qarant verəcək ki, peyvəndin hansısa fəsadları olmayacaq?” - Səidə Sultan

“Kim mənə qarant verəcək ki, peyvəndin hansısa fəsadları olmayacaq?” - Səidə Sultan

“Kim mənə qarant verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?” 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri məşhur müğənni Səidə Sultan öz İnstaqram hesabından etdiyi son paylaşımda qeyd edib. 

Səidə peyvəndlərin mənfi fəsadları ilə bağlı “zombi” teoremini irəli sürüb: 
 
“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşıyaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində sentyabrın 1-dən etibarən vətəndaşların restoranlara, mehmanxanalara və bir sıra iaşə obyektlərinə buraxılmadan öncə COVİD-19 pasportlarının yoxlanılacağı elan olunub.