"Xəzər” televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının kanaldan ayrılması haqda xəbərlər yayılıb.
Məlumata görə, aparıcının yeni sezonda başqa bir kanalda veriliş təqdim edəcəyi bildirilib. İddiaya görə, X.Hidayətqızının "Xəzər” rəhbərliyi ilə yaşadığı problemlər onu yeni kanal axtarışına vadar edib.
AZXEBER.COM mövzu ilə bağlı "Xəzər” televiziyası ilə əlaqə saxlayıb. Telekanaldan verilən açıqlamada "Səni axtarıram” verilişinin yayımının planlaşdırılmadığı bildirilib:
"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər TV”də "Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır".
Məsələ ilə bağlı X.Hidayətqızı ilə də əlaqə saxlasaq da, aparıcı zənglərimizə cavab verməyib.