"Heç vaxt pulum olmayıb. Bunun fikrini etməmişəm. Hər zaman zənginlik qoxmuşam. Çünki zəngin ailədə doğulmuşam. Zəngin olmuşam, amma pulum olmayıb. Əliaçıq olmuşam, pul haradan gəlib-gedib bilməmişəm. Maddi durumu alt-üst edən insan deyiləm. Özümü düşünmürəm, deyirəm, yaxşılıqlar olsun. Allah yetirsin pul. Hazırda çantamda 200-300 manat pul var. Ondan başqa pulum yoxdur".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Gün ortası" verilişində deyib. Sənətçi yaşadığı maddi sıxıntılardan danışıb.
M.Əsədova sosial şəbəkədə olan mənfi rəylərin əksəriyyətinin sənət adamları tərəfindən yazıldığını iddia edib:
"Tamaşaçıda, jurnalistlərdə də, günah görmürəm. Onlara görə mübarizə apardığım sənət adamları var, hamısının saxta profili var. Çoxdur... Onlar o profillə camaat adından nələr yazırlar. Ona görə də camaata mənfi yanaşa bilmərəm, onların günahı deyil. Bəziləridir bunu edən. Onlar mənim sənət dostum deyil".
Müğənni maddi imkansızlığa görə yeni layihələr təqdim edə bilmədiyini açıqlayıb:
"Maddi durum olsa, gözəl layihələr edərəm. Amma yoxdur, güclə yaşayıram. Studiya, aranjiman, mahnı - pul lazımdır. Necə edim, çatdıra bilmirəm".
Əsədova ailə qurması ilə bağlı "İmkanlı olsun" sualına "Həyatda mənim üçün ən problemsiz iş ailə qurmaqdır. Sadəcə, mən istəyən kimisi, uyğunu yoxdur. Ailə qurmaq istəyənlər var. Yaşıma, xasiyyətimə, düşüncəmə uyğunu yoxdur. Mən də ac, o da ac oturaq nə edək? Qarnımız quruldasın? o da olmur. Çox şey tələb edən insan deyiləm" cavabını verib.