"Məni o qədər səviyyəsiz, kasıb bilirsiniz ki, elə bir şeylə arıqlayım? Bunu deyəni məhkəməyə verib, hər şeyini alaram. İstədiyim təzminatı ala bilərəm. Qandan analiz verib, yoxlamaq asandı. Ağzınıza gələni danışmayın. İllərdir idman edirəm, bunu görmürsünüz? Yeyib-içdiyimə fikir verirəm. Şirniyyatı qida rasionumdam çıxarmışam. Dilinizə indi də təzə söz düşüb - patı. yalandan şər atıb, tənqid edilib, özünüzə niyə belə neqatib götürürsünüz?".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. İzləyicilərdən birinin yazdığı "Patı ilə arıqlayır" sözünə əsəbiləşən sənətçi ona sərt sözlər deyib.