Bir neçə gündür cinsi azlıqlar mövzusu mediada və cəmiyyətdə geniş müzakirə olunur. Mövzu ilə bağlı məşhur aktrisa Pərvin Abıyeva da öz fikirlərini bölüşüb.
SHOWNEWS.AZ xəbər verir ki, aktrisa geylərin çoxsalmasında bir çox milyonçu şəxsləri səbəbkar kimi görüb:
"Hamıya aid etmək olmasa da,bizim bir çox milyonçu kişilərimiz ehtirasını qadınla deyil, oğlanla yatırır. Özü də azyaşlı oğlan uşaqları ilə. Bunlar harınlamış insanlardır. Bu hamısı pulun çoxluğundan, xərcləməyə yer tapa bilməməkdən iraəli gəlir. Onlar üçün həzz alacaq bir şey qalmadığından belə şeylər edirlər. Fərqlilik axtarışındadırlar. Nəticədə də həm qızlarımız, həm də oğlanlarımız bədbəxt olur".