Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəbnəm Tovuzlu ünvanına təhqir yazan izləyicilərini polislə tapdırdıb ÜZR İSTƏTDİRDİ

Şəbnəm Tovuzlu ünvanına təhqir yazan izləyicilərini polislə tapdırdıb ÜZR İSTƏTDİRDİ

Müğənni Şəbnəm Tovuzlu ötən gün paylaşdığı fotosu müzakirələrə səbəb olub. 

 

Axşam.az xəbər verir ki, qara qısa tayt və top geyinən sənətçiyə izləyiciləri təhqirlər yazıb. Şəbnəm də bir neçə şərhi cavabsız qoymayıb. O, söyüşə söyüşlə cavab verib. 

Şəbnəm Axşam.az-a açıqlamasında geyim tərzinin təhqir edilməsinə reaksiya verib:

"Mənim təhqir ediləcək nəyim var? Qəbələdə ailəmlə birlikdə bağ evi kirayələyib dincəlirik. Küçədə qızların geyindiklərini, mən həyətimdə geyinmişəm. Burada eyib nə var? İdman zalına gedib bu cür geyinirlər. Onda demirlər, ayağını belə araladı, nə etdi? Son vaxtlar 8 kiloqram arıqlamışam. Elə də kök deyiləm. Kimi narahat edir? Ayağımı qaldırıb haramısa göstərmirəm, eyib hərəkətim yoxdur. Müğənniyəm, hər cür də şəkil paylaşmalıyam. Düz edib, cavab verirəm. Təhqir olunası heç nə etmirəm".

Müğənni bildirib ki, ünvanına söyüş yazan izləyicisini polisə şikayət edib: 

"Ruisiyada bir qadın təhqir yazırdı. Artıq tək mənim səhifəmə yox, haqımda harda nəsə olurdusa, ora da söyüşlər yazırdı. Mən də polisə şikayət etdim, tapdılar gətirdilər. Xanım azərbaycanlı idi, Masallı bölgəsindən. Rusiyada yaşayırdı. Ailəsi ilə birlikdə gətirdilər, üzr istədi. Söyməkdə məqsədin nədir? Videosunu da çəkdim, amma yaymadım. Bir müddət əvvəl də bir oğlanı polisə şikayət etdim, Lənkərandan idi. Polis tərəfindən Bakıya gətirildi, üzr istədi. Heç kimə heç nə etmirəm. Niyə girib məni təhqir edib, söyməlidirlər?".